Dünya
Dəhşətli zəlzələnin Türkiyəyə vurduğu ziyan hesablandı: "Arta bilər..."
Dünya Bankı zəlzələ nəticəsində Türkiyəyə dəymiş ziyanı hesablayıb.
Publika.az xəbər verir ki, bu barədə bankının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 6-da baş vermiş iki güclü zəlzələ Türkiyəyə 34 milyard 200 milyon dollar həcmində birbaşa fiziki ziyan vurub. Məbləğ yekun deyil və davam edən afterşoklara görə arta bilər.
"Bu, 2021-ci ildə Türkiyənin ÜDM-nin 4%-nə bərabərdir", - deyə məlumatda aydınlıq üçün müqayisə ediblər.
Hesabatda qeyd olunur ki, bərpa xərcləri ilkin proqnozları ciddi şəkildə üstələyəcək.
Qeyd edək ki, bu gün Hatay vilayətində yenidən iki yeraltı təkan qeydə alınıb. Bir nəfər ölüb, 69 nəfər yaralanıb. İndiyədək dağıntılar altından 30-dan çox insan çıxarılıb.
Zəlzələnin episentrinin Malatya şəhərindən 16 km aralıda yerləşdiyi bildirilir.
Hüseyn İbadlı
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO






























.jpg)

.jpg)