Dünya
Cəmisi 39 manata görə 14 il gizləndi - İndi də...
Çin sakini yanacaqdoldurma məntəqəsindən cəmi 23 dollar (təxminən 39 manat) qarət etdiyinə görə, düz 14 il dağ mağarasında polisdən gizlənərək yaşayıb.
Publika.az xəbər verir ki, bu barədə "Oddity Central" yazır.
Liu Mouf iki şəriki ilə yanacaqdoldurma məntəqəsini qarət etmək fikrinə düşəndə, təxminən 30 yaşı olub. Onlar qarət etmək üçün daxil olduqları məntəqənin kassasında cəmi 23 dollar olduğunu görəndə, sözün əsl mənasında məyus olublar.
Bu səbəbdən dərhal oradan uzaqlaşsalar da, çox çəkməyib ki, polis onun ortaqlarını taparaq həbs edib. Hüquq-mühafizə orqanlarının onu da yaxalayacağından qorxan kişi isə gizlənməyə qərar verib.
Polislər onun ailəsini dindirməyə və evində axtarışlara başlayıblar. Bu vaxt ərzində Liu meşədə gizlənib və dağ mağarasında məskunlaşıb. O, ov ovlamaqla və giləmeyvə toplamaqla həyatda qalmağa çalışıb. Bəzi günlər isə kartof və ət almaq üçün kəndə qayıdıb, eyni zamanda valideynləri ilə də bir neçə dəqiqə görüşüb.
Liunun ailəsi dəfələrlə ondan hakimiyyət orqanlarına təslim olmasını xahiş etsə də, kişi bundan imtina edib.
Yalnız 2023-cü ildə anlayıb ki, dərviş kimi yaşayır və bundan sonra artıq belə davam edə bilməyəcək. Adam 14 il gizləndiyi müddətdə nə atasının yasına gələ bilib, nə də nəvələrini görə bilib. Bundan duyduğun narahatlıq səbəbindən qərara gəlib ki, polisi mağaraya çağırsın və könüllü olaraq təslim olsun. O, hazırda dindirilir və onu 10 il qədər həbs cəzası gözləyir.
Ayşən
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






























.jpg)


