Dünya
ABŞ bildiyini edir, Çin isə...
"ÇXR ABŞ-ın Tayvana silah satmasının qəti əleyhinədir və bunu “vahid Çin” prinsipinin ciddi şəkildə pozulması kimi qiymətləndirir. Bununla bağlı Pekin Vaşinqtona təqdimat edib".
Publika.az xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefei deyib.
“Çin ABŞ-ın Tayvana silah satmasına qəti şəkildə qarşıdır. ABŞ-ın hərəkətləri Çinin daxili işlərinə kobud müdaxilədir. “Vahid Çin” prinsipini və Çin-ABŞ birgə üç kommünikesinin müddəalarını ciddi şəkildə pozur. Çinin suverenliyi və təhlükəsizlik maraqlarına ciddi zərbə vurur, ölkədə sülh və sabitliyə ciddi təhlükə yaradır", - o, deyib.
“Çin Xalq Azadlıq Ordusu hər an “müstəqillik” təxribatlarına və xarici qüvvələrin müdaxiləsinə qarşı durmağa, milli suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə həmişə hazır olub”, - deyə Çin Müdafiə Nazirliyinin nümayəndəsi yekunda vurğulayıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























