Dünya
Peskovun qızının gəliri 70 dəfə artdı - Bir ildə
Kremlin sözçüsü Dmitriy Peskovun qızı Yelizaveta Peskovanın şəriki olduğu “Centrum Moscow” son bir ildə gəlirlərini dəfələrlə artırıb.
Publika.az xəbər verir ki, Ukraynanın işğalından sonra Rusiya iqtisadiyyatı pisləşərkən, Peskovun qızının gəlirlərinin artması diqqət çəkib.
Keçən il fevralın 24-də Ukraynanın işğalı başlayandan sonra Rusiya iqtisadiyyatı iflasa uğrayıb. Putin iqtisadi çöküşü inkar etsə də, ABŞ mediasından "Wall Street Journal" (WSJ) yazıb ki, Rusiyanın qısamüddətli müqavimətinə baxmayaraq, uzunmüddətli perspektivdə mənzərə üzücüdür və buna görə də Kreml Çinə yaxınlaşır.
Rusiya mətbuatında yer alan xəbərə görə, tədbirlərin təşkili biznesi ilə məşğul olan “Centrum Moscow” 2022-ci ildə əvvəlki ilə nisbətən 70 dəfə çox gəlir əldə edib.
2021-ci ildə 24 min 614 dollar gəlir əldə edən şirkətin, 2022-ci ildə gəlirini 1 milyon 770 min dollara yüksəltdiyi müəyyən edilib.
Aydan
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






























.jpg)

.jpg)