Dünya
NASA Ayın ətrafında uçacaq astronavtların adlarını AÇIQLADI
Amerika kosmik agentliyi NASA 2014-cü ildə "Artemida II" missiyası çərçivəsində Ay ətrafında uçacaq dörd astronavtın adını açıqlayıb.
Bu barədə Publika.az "Sky News"a istinadla xəbər verir.
Bildirilir ki, bu dəfə ekipajda ilk dəfə bir qadın (Kristina Koç) və bir qaradərili (Viktor Qlover) şəxs yer alacaq.
Məlumata görə, komandaya amerikalı astronavtlar Kristina Kox, Viktor Qlover və Rid Uayzman, həmçinin kanadalı astronavt Ceremi Hansen daxildir.
NASA dəfələrlə Artemis missiyalarına qadınları və qaradərililəri də daxil edəcəyini bildirib.
Qeyd edək ki, "Artemida II" "Orion" kosmik gəmisinin planlaşdırılmış üçüncü uçuşu və SLS raketi ilə buraxılacaq ilk insanlı missiyasıdır. Göyərtəsində 4 astronavt olan "Orion"un Ayın üzərindən uçaraq Yerə dönəcəyi gözlənilir. Bunun 2024-cü ilin may ayında baş verəcəyi planlaşdırılır.
Hüseyn İbadlı
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO






























.jpg)

.jpg)