Dünya
"Birgə kəskin qılınc" - Çin təlimlərə başladı
Çin adanın prezidentinin ABŞ Nümayəndələr Palatasının spikeri ilə görüşündən sonra Tayvan ətrafında üç günlük hərbi təlimlərə başladığını bildirib.
Publika.az xəbır verir ki, Çinin Şərq Bölgəsi hərbi komandanlığı təlimi elan edərək, bunu "Tayvan separatçı qüvvələri ilə xarici qüvvələr arasında sövdələşməyə qarşı ciddi xəbərdarlıq və milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün zəruri addım" kimi xarakterizə edib.
"Birgə kəskin qılınc" adlandırılan təlimə planlaşdırılmış şəkildə Tayvan boğazı və ətrafında, şimal, cənub və Tayvanın şərqində, eləcə də dəniz və hava məkanında xəbərdarlıq patrulları və təlimlər daxil olacaq", - polkovnik Şi Yi bildirib.
Təlimdə "ölkənin dəniz, hava və informasiya üzərində nəzarəti ələ keçirmək qabiliyyəti, bizim birgə döyüş sistemimiz tərəfindən dəstəklənir", - PLA bildirib.
Çinin açıqlamasından qısa müddət sonra Tayvanın müdafiə nazirliyi adanı Çin materikindən ayıran Tayvan boğazı üzərində ümumilikdə 42 Çin hərbi təyyarəsi aşkar etdiyini bildirib. Açıqlamada Çinin 29 hərbi təyyarəsinin boğazda orta xətti keçərək hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olduğu bildirilib. Boğazda 8 PLA gəmisinin göründüyü də qeyd edilir.
Tayvan Müdafiə Nazirliyi vəziyyəti yaxından izlədiyini və milli təhlükəsizliyi və suverenliyi qorumaq üçün hər cür səy göstərəcəyini bildirib.
“Xalq Azadlıq Ordusu (XAL) Tayvan boğazında qəsdən gərginlik yaradır. Bu, sülh və sabitliyə xələl gətirməklə yanaşı, regional təhlükəsizlik və inkişafa da mənfi təsir göstərir”, - deyə nazirlik qeyd edib.
Ayşən
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























