Dünya
Salamatlıq üçün dua edən imamı bıçaqladılar - Qədr gecəsində
ABŞ-ın Nyu Cersi ştatında türk və müsəlman icmasının sıx məskunlaşdığı Paterson şəhərində bazar günü səhər namazında dünyanın əmin-amanlığı və insaların salamatlığı üçün dua edərkən məscid imamı bıçaqla hücuma məruz qalıb.
Publika.az xəbər verir ki, məscidin təhlükəsizlik kamerası görüntülərində üçüncü sırada olan Şerif Zorba adlı təcavüzkarın səcdə halında camaatın üstündən tullanaraq 65 yaşlı imama bıçaqla xəsarət yetirdiyi açıq şəkildə əksini tapıb.
Daha sonra əlindəki bıçaqla ona mane olmaq istəyənləri hədələyən Zorba məscidin bayır qapısına qaçmaq üzrəykən camaat tərəfindən yaxalanıb və polisə təhvil verilib.
Məsciddən bir neçə dəqiqəlik məsafədə yerləşən Saint Joseph Xəstəxanasında müalicə alan İmam Əl-Nəkibin həyati təhlükəsinin olmadığı deyilib.
İfadəsində, İstanbuldan olduğunu bildirən və bu yaxınlarda ABŞ-a gəldiyi aydın olan şübhəlinin dünən Bergen İlçe Həbsxanasından türk tərcüməçinin müşayiəti ilə ilk məhkəmə iclasına qatıldığı və ittiham edildiyi bildirilib.
Mətbuat şərhində hadisənin təfərrüatlarına yer verən məscid rəhbərliyi Zorbanın hücumu niyə həyata keçirdiyini açıqlamasa da, mövzu ilə bağlı araşdırmaların davam etdiyi qeyd edilib.
Qeyd edək ki, hadisənin baş verdiyi gün - 9 aprel 2023-cü il tarixi müsəlman ölkələrində Ramazan ayının ilk Qədr gecəsi kimi qeyd olunurdu.
Aydan

-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Nida Xəbər 1 May 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 1 May 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial1 May 17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial1 May 17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO







.jpg)


















.png)

.jpg)






