İtaliya fövqəladə vəziyyət elan edib: hökumət çətin vəziyyətdədir
Bizi izləyin

Dünya

İtaliya fövqəladə vəziyyət elan edib: hökumət çətin vəziyyətdədir

İtaliya hakimiyyəti ölkənin üzləşdiyi miqrasiya böhranı səbəbindən fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə " ANSA" agentlıyi məlumat yayıb. Məlumata görə, 6 ay ərzində respublikanın hər yerində xüsusi rejim fəaliyyət göstərəcək.

Qeyd edildiyi kimi, Roma mülki müdafiə və dəniz siyasəti naziri Nello Musumeçi və daxili işlər naziri Matteo Piantedosinin təklifi ilə bu addımı atıb. Onlar müşahidə ediblər ki, miqrant axını bir neçə dəfə artıb. İlin əvvəlindən ölkəyə 30 minə yaxın qeyri-qanuni mühacir gəlib.

Musumeçinin sözlərinə görə, hökumət strukturları çətin vəziyyətdədir, miqrantların yerləşdiyi adalar problemlərin öhdəsindən gələ bilmir. Buna görə də bütün ölkədə fövqəladə vəziyyət elan edilib.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm