Dünya
İspaniya bu ölkədəki səfirliyini bağladı
İspaniya Sudanda ordu ilə polis Çevik Dəstək Qüvvələri (HDK) arasında başlayan qarşıdurmalara görə paytaxt Xartumdakı səfirliyini müvəqqəti bağladığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu haqda İspaniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
“Minimum təhlükəsizlik şərtlərinə əməl oluna bilməyəcəyi üçün İspaniyanın Xartumdakı səfirliyi növbəti xəbərdarlığa qədər bağlı qalacaq. Hər hansı bir kənar təsirdən çəkinin və evdə qalın”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə ordu ilə HDK arasında silahlı toqquşmalar baş verib.
“HDK-nın orduda tam iştirakını” nəzərdə tutan hərbi təhlükəsizlik islahatı ilə bağlı ordu ilə HDK arasında yaranan fikir ayrılığı son bir neçə ayda qızğın qarşıdurmaya çevrilib.
Ümumdünya Səhiyyə Təşkilatı bölgədəki qarşıdurmalarda ən azı 83 nəfərin öldüyünü, 1126 nəfərin yaralandığını açıqlayıb.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO































