Dünya
Rusiyanın ukraynalılara zorla pasport paylamasının sirri: Britaniya kəşfiyyatı deyir ki...
İşğal altında olan ukraynalılara Rusiya pasportlarının məcburi şəkildə paylanması bu əraziləri Rusiyaya “bağlamaq” və işğalın iddia edilən uğurunu nümayiş etdirmək cəhdidir.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Ukraynadakı müharibə ilə bağlı kəşfiyyat icmalında deyilir.
Kəşfiyyat qeyd edir ki, işğalçı dövlət,demək olar ki, qalan ukraynalıları Rusiya pasportu almağa məcbur edir. Nümunə olaraq, onlar Xerson vilayətinin sakinləri üçün 2023-cü il iyunun 1-dən əvvəl Rusiya vətəndaşlığına razı olmadıqları təqdirdə deportasiya olunacaqları və əmlaklarının müsadirə ediləcəyi barədə bəyanatı göstərirlər.
“Rusiya pasportlarını işğal olunmuş ərazilərin "ruslaşdırılması" vasitəsi kimi istifadə edir – 2022-ci ildə yenidən genişmiqyaslı işğaldan əvvəl Donetsk və Luqansk bölgələrində olduğu kimi. Rusiya, çox güman ki, işğalı uğur kimi təqdim etmək üçün Ukraynanın işğal olunmuş ərazilərini Rusiya Federasiyasının bürokratik sisteminə inteqrasiya etməyə çalışır, xüsusən də 2024-cü il prezident seçkilərinin yaxınlaşması ilə”,- icmalda deyilir.
Aydan
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir
-
Sosial09:57Aparat rəhbəri vəzifəsindən getdi
-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: Yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar













.jpg)


.jpg)














