Dünya
Rusiya qazından imtina üçün daha 2 il lazım olacaq
İtaliyaya Rusiya qazının tədarükündən tamamilə imtina etmək üçün azı daha iki il lazım olacaq.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın "Eni" enerji şirkətinin baş direktoru Klaudio Deskalzi bildirib.
“İndiyədək işlər tamamlanmayıb, çünki biz 30 milyard kubmetri əvəz etmişik. Bu o qədər də sadə deyil, çünki son 8 ildə yerli istehsal stimullaşdırılmayıb. Rusiya qazının sürətlə əvəzlənməsi İtaliyanın Misir, Anqola, Əlcəzair, Konqo Respublikası, Mozambik və Liviya kimi ölkələrlə tarixi əlaqələri sayəsində mümkün olub. Rusiya qazından asılılıq böyük ölçüdə aradan qaldırılıb və yaxın gələcəkdə yeni enerji kataklizmləri gözlənilmir”, - Deskalzi qeyd edib.
Ukraynada müharibə başlayandan sonra İtaliya hakimiyyəti 2024-cü ilin ortalarına qədər Rusiya qazını tamamilə dayandırmaq məqsədini açıqlayıb. Hazırda ölkənin bu yanacaq növünə ümumi tələbatının 10%-ə qədəri Rusiyadan gəlir.
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO






























