Dünya
Qlobal təhlükəsizliyə ən böyük təhdid bu ölkədir - İngiltərə
Qlobal təhlükəsizliyə ən böyük təhlükə Çindir.
Publika.az xəbər verir ki, bu barədə bazar günü Böyük Britaniyanın Baş naziri Rişi Sunak Yeddilik Qrupunun (G7) Xirosimada keçirilən zirvə toplantısında bildirib.
"Böyük Yeddilik Çinə münasibətdə məqsəd vəhdətini nümayiş etdirdi. Çin əsrimizin qlobal təhlükəsizlik və rifah üçün ən böyük çağırışı təmsil edir", - Britaniya hökumətinin başçısı belə deyib.
O qeyd edib ki, Londonun bu məsələyə münasibəti müttəfiqlərin gördükləri ilə tam uyğundur.
Şənbə günü yayılan kommünikedə G7 liderləri müəyyən narahatlıqlarını Pekinə birbaşa ifadə edə bilmək üçün öz milli maraqlarına uyğun olaraq Çinlə konstruktiv və sabit əlaqələr qurmağa hazır olduqlarını bildiriblər. G7 ölkələrinin başçıları Cənubi Çin və Şərqi Çin dənizlərindəki vəziyyətdən, o cümlədən oradakı status-kvonun birtərəfli qaydada dəyişdirilməsi cəhdlərindən narahat olduqlarını bildiriblər və Çinin regionun hərbiləşdirilməsinə yönəlmiş hərəkətlərinə qarşı olduqlarını bildiriblər.
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:57Yeni Buça dəhşəti - 27 ölü, 42 yaralı var
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı


















.jpg)











.jpg)

.jpg)