Dünya
110 yaşlı kişi uzunömürlülüyün sirrini açıqladı: yalnız bir dəfə sev
110 yaşını qeyd edən Cənubi Afrika Respublikası vətəndaşı uzunömürlülüyün sirlərini bölüşüb.
Publika.az xəbər verir ki, bu barədə “Polokwane Observer” məlumat yayıb.
Limpopo əyalətinin Maraxve-Mbahela kəndindən olan fermer Tanyani Cozef Radali iyunun 24-də 110 yaşını qeyd edib.
Şənliyə toplaşan kəndin sakinləri, o cümlədən qohumları ondan uzunömürlülüyünü nəyə borclu olduğunu soruşublar.
1923-cü ildə Ha-Ratombo kəndində anadan olan kişi daha sonra Limpoponun bir çox kəndlərində yaşayıb və 1940-cı ildə Maraxve-Mbahelada məskunlaşıb.
“Uzun və xoşbəxt bir həyat istəyirsənsə, yalnız bir nəfəri sev və bir dəfə evlən. Sevdiyim qadından 8 uşağım var və bu, mənə uzunömürlülük bəxş etdi”,- Radali deyib.
O qeyd edib ki, heç vaxt spirtli içki qəbul etməyib və çox işləməyib.
Afrikalının sözlərinə görə, bir dəfə Cənubi Afrikanın paytaxtına köçməyə çalışıb, lakin şəhər həyatının onun zövqünə uyğun gəlmədiyini görüb.
"Bir neçə il Yohannesburqda işlədim , lakin sonra kənd təsərrüfatında işləmək üçün Maraxve-Mbaheluya qayıtdım. Tərəvəz, taxıl və tütün becərmişəm. Sonra bir vedrə və təkər arabası aldım, uşaqlarım və nəvələrim hələ də onlardan istifadə edirlər”,- deyə o xatirələrini bölüşüb.
Yaşının çox olmasına baxmayaraq, Radali mükəmməl görür. Lakin etiraf edir ki, illər onun eşitmə qabiliyyətinə təsir edib.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO






























.jpg)

.jpg)