Dünya
Üsyançı lider MEYDAN OXUDU: ən kiçik qığılcım müharibəni alovlandıra bilər
Nigerdə iqtidarda olan Vətənin Müdafiəsi üzrə Milli Şuranın (CNSP) rəhbəri general Abdurahman Tchiani ölkəsinin müharibə istəmədiyini, lakin lazım gələrsə, özünü müdafiə etməyə hazır olacağını bildirib.
Publika.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
"Niger ordusu və ya xalqı müharibə istəmir, lakin biz bunun hər hansı təzahürünə müqavimət göstərəcəyik, - Tchiani deyib.
Üsyançı liderin sözlərinə görə, Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (ECOWAS) dövlətləri terror fəaliyyətinin artması fonunda Nigerin regionu sabitliyin pozulmasından saxlamağın açarına çevrildiyini dərk etmirlər.
O, həmçinin Nigerə qarşı tətbiq edilən sanksiyaların üsyançıları tabe etmək məqsədi daşıdığını, lakin heç də mövcud vəziyyətin həlli üçün olmadığını diqqətə çatdırıb. O qeyd edib ki, xalq ordunun Qiyamçılar Şurasının ətrafında birləşməsini tələb edib.
Bundan əvvəl ECOWAS Baş Qərargah Rəisləri Komitəsinə Nigerdəki üsyanla əlaqədar təcili olaraq ehtiyat qüvvələri yerləşdirməyi tapşırmışdı. Həmçinin, Fil Dişi Sahilinin prezidenti Alassane Ouattara bildirib ki, icma üzvləri Nigerdə "mümkün qədər tez" hərbi əməliyyata başlamağa razılaşıblar.
İyulun 26-da Niger prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb. İyulun 27-nə keçən gecə ölkənin Silahlı Qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb. Eyni zamanda, Nigerdəki üsyançılar köçkün hökumətin fiziki bütövlüyünə zəmanət veriblər.
Bundan əvvəl qiyamçıların başçısı xarici müdaxilə ilə Nigerdə kütləvi qan töküləcəyini proqnozlaşdırmışdı .
Hüseyn İbadlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)