Dünya
Son dəqiqə: ABŞ Dövlət Departamenti Türkiyəyə F-16 satışını təsdiqlədi
ABŞ Dövlət Departamenti Türkiyəyə F-16 qırıcılarının satışı ilə bağlı Konqresə rəsmi bildiriş verib.
Publika.az xəbər verir ki, ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən yazılı açıqlamada ABŞ Dövlət Departamentinin Türkiyəyə 40 ədəd F-16 Block 70 döyüş təyyarəsi və 79 ədəd F-16 modernləşdirmə dəstinin satışını təsdiqləyən rəsmi bildirişi Konqresə göndərdiyi bildirilib.
Silah satışının baş tutması üçün Konqres ABŞ administrasiyasının təqdim etdiyi satış bildirişinə etiraz etməməlidir.
Bundan əlavə, xarici ölkələrə silah satışına nəzarət etmək vəzifəsi olan Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ben Cardin F-16-ların Türkiyəyə satışını təsdiqləyəcəyini açıqlayıb.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Michael McCaul da İsveçin NATO üzvlüyünün Ankara tərəfindən təsdiqlənməsindən məmnun olduğunu və qırıcıların satışını təsdiqləyəcəklərini bildirib.
ABŞ Konqresinin satışı qiymətləndirmək üçün 15 günlük qanuni müddəti var və bu müddət ərzində etiraz olmasa, satış rəsmi olaraq həyata keçirilir.
Müvafiq qanuna əsasən, sözügedən müddət NATO-ya üzv ölkələr üçün 15 gün, NATO-ya daxil olmayan ölkələr üçün isə 30 gündür.
Roza Şəfiyeva
-
Dünya07:35Qırmızı dənizdə böyük savaş qoxusu - Türkiyə donanması səhnəyə çıxır
-
Sosial06:46Komitə rəsmisindən valideynlərə xəbərdarlıq
-
Magazin203:43"Çukur"un aktrisası ailə qurdu: gəmidə nikah mərasimi... - Foto
-
Qoroskop01:20Günün ulduz falı: iş həyatınızda müsbət irəliləyişlər olacaq
-
İdman7 Avqust 23:35Rusiya məşhur klubun stadionunu bombaladı - Video
-
Hadisə7 Avqust 22:04Kanalda boğulan 15 yaşlı yeniyetmənin fotosu - Yeniləndi
-
Magazin17 Avqust 20:00Ceki Çan Bakıdakı çəkiliş zamanı zədələndi - Foto
-
Kriminal7 Avqust 19:20Polis erkən nikahın qarşısını aldı


























.jpg)








