Dünya
Elm adamlarından yeni kəşf - Yerdən 1,5 dəfə böyükdür...
NASA alimlərin Yerdən 137 işıq ili uzaqlıqda və yaşayış üçün əlverişli zonada ekzoplanet kəşf etdiklərini açıqlayıb.
Publika.az xəbər verir ki, NASA-nın açıqlamasında Yerdən 1,5 dəfə böyük olan "TOI-715 b" adlı planetin yaşayış zonasında, yəni səthindən maye suyun tapılmasına imkan verəcək məsafədə yerləşdiyi bildirilib. Bu planetin öz orbiti ətrafında bir dövrə vurması 19 günə tamamlanır.
Açıqlamada "TOI-715 b"-nin bağlı olduğu sistemdə Yer böyüklüyündə başqa bir planetin ola biləcəyi bildirilib. Sözügedən ekzoplanet Birmingem Universitetinin tədqiqatçısı Dr. Georgina Dransfieldin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu tərəfindən "Transiting Exoplanet Survey Satellite" (TESS) vasitəsilə aşkar edilib.
Araşdırmada bu ekzoplanetin bağlandığı qırmızı cırtdan ulduzun Günəşdən daha kiçik və soyuq olması və bu cür ulduzların orbitlərində qayalı planetlərin olduğu barədə məlumatlar yer alıb.
Araşdırma "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub.
Roza Şəfiyeva
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
































