ABŞ Avropaya Rusiya təhlükəsi barədə xəbərdarlıq etdi: Putin nə etmək istəyir?
Bizi izləyin

Dünya

ABŞ Avropaya Rusiya təhlükəsi barədə xəbərdarlıq etdi: Putin nə etmək istəyir?

ABŞ kəşfiyyatı avropalı müttəfiqlərini Rusiyadan gələn təhlükə barədə xəbərdar edib. Amma bildirib ki, bu barədə özlərinin də məlumatı çox azdır.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Materialda qeyd olunur ki, Birləşmiş Ştatların kəşfiyyat rəsmiləri NATO və Asiyadakı müttəfiqləri ilə bir sıra təcili görüşlər keçirib və bu görüşlərdə Rusiyanın kosmosda nüvə silahı yerləşdirməsi ehtimalı müzakirə olunub.

“ABŞ kəşfiyyat orqanları prezident Vladimir Putinin nə etməyi planlaşdırdığı ilə bağlı kəskin fikir ayrılığına malikdir”, - məlumatda deyilir.

Mənbələr qeyd ediblər ki, Moskva peyklər üçün təhlükəyə yeni çəkindirici vasitə kimi baxa bilər. Qərbdə analoji sistemin 2022-ci ilin əvvəlində sınaqdan keçirilə biləcəyi güman edilir, lakin bunun real olub-olmadığına dair şübhələr var.

“Amerika rəsmiləri etiraf edirlər ki, onlar Rusiyanın nüvə silahının orbitə buraxılması ehtimalı ilə bağlı öz məlumatlarına çox az etibar edirlər”, - nəşr əlavə edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm