Dünya
Müharibə, yoxsa güc nümayişi? - İsrail və İran ordularının üstünlük və çatışmazlıqları
İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də İsrail və İran ordularının nə qədər güclü olmasıdır. İran və İsrailin hərbi qüvvələri və müdafiə imkanları nə qədərdir?
Publika.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Daniel Həqarinin sözlərinə görə, İran şənbə gecəsi başlayan hücumunda 170 pilotsuz uçuş aparatı, heç biri İsrail ərazisinə daxil olmayan 30 qanadlı raket və bəziləri İsrailə çatan ən azı 110 ballistik raketdən istifadə edib.
Təxminən 90 milyon əhalisi olan ölkə İsraildən təxminən 10 dəfə böyükdür. Böyük arsenala malik olsa da, İranın ən böyük çatışmazlığı müasir hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələridir.
İsraildə hansı döyüş təyyarələri var?
Qlobal hərbi imkanları qiymətləndirən və müdafiə büdcələrini ehtiva edən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hazırladığı hesabata görə, İsrailin F-15, F-16 və ən yeni F-35 təyyarələri də daxil olmaqla ən azı 14 döyüş təyyarəsi donanması var.

Bundan əlavə, İsrail dünyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən birinə malikdir. 10 ildən artıqdır istifadə edilən “Dəmir Qübbə” İsrailin müdafiə şirkəti Rafael və İsrailin dövlətə məxsus Hava və Kosmos Sənayesi qurumu tərəfindən birgə hazırlanıb.
İsrail və İranın nüvə silahları varmı?
İranın heç bir nüvə silahına malik olmadığına inanılır və Tehran nüvə silahı yaratmaq üçün mülki nüvə proqramından istifadə etməyə cəhd etdiyinə dair iddiaları rədd edir.

Keçən il Beynəlxalq Atom Enerjisi Agentliyi İranın "Fordo" adlı yeraltı nüvə obyektində 83,7 faiz saflıqda zənginləşdirilmiş uran hissəciklərini aşkar edib. Zənginləşdirilmiş uran nüvə yanacağı ilə yanaşı, nüvə silahı hazırlamaq üçün də istifadə edilə bilər.
Tehran administrasiyası 2015-ci ildə ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya ilə imzalanmış nüvə sazişi çərçivəsində yalnız aşağı səviyyədə zənginləşdirilmiş uranın istehsalına razılaşıb.
Lakin Tehran administrasiyası razılaşmanı pozaraq iki ildən artıqdır ki, uranı 60 faiz saflığa qədər zənginləşdirir.
Roza Şəfiyeva
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni






























