Dünya
Ərdoğan Putin və Zelenski ilə danışıqlar apardı: taxıl dəhlizi açılır?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri ilə Qara Dəniz Taxıl Təşəbbüsünün bərpası ilə bağlı danışıqlar apardığını, lakin hələlik nəticə olmadığını bildirib.
Publika.az xəbər verir ki, Türkiyə lideri barədə ABŞ-da keçirilən NATO sammitindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Taxıl dəhlizinin yenidən açılmasını təklif edirik və indi bu barədə həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparırıq. Mövcud məsələ ilə bağlı hələlik heç bir nəticə əldə etməmişik. Rusiya Prezidenti Vladimir Putinlə sonuncu görüşüm də buna həsr olunmuşdu.
NATO sammitində Ukrayna Prezidenti Volodimir Zelenski ilə də məsələni müzakirə etdik. Biz Ukrayna tərəfi ilə taxıl dəhlizi boyunca işləmək istəyirik. Ümid edirəm ki, biz bu dəhlizdən yenidən istifadəyə edə biləcəyik”, – deyə, o qeyd edib.
-
Elm və təhsil18:30Bakıda dərslər dayandırıldı? - Universitetlərdən açıqlama
-
Dünya18:20İsrail İranın ən böyük neft-kimya müəssisəsinə hücum etdi - Yeniləndi
-
Cənubi Qafqaz16:30Erməni deputat “Bakıda hər şeyi bilirlər” deyib hərbi sirri yaydı - Detallar
-
Dünya13:46Müharibədən bəri ilk - Dünyanın gözü bu iki gəmidədir
-
İdman13:39FİFA Elxan Məmmədovdan başqa hamının maaşını açıqladı: İnfantino nə qədər qazanır?
-
Dünya12:50Özbəkistan prezidentinin qızı Trampın iqamətgahında: Kiminlə görüşüb? - FOTO
-
Magazin212:30Məşhur supermodelin Epşteynlə münasibəti olub? - And-aman edir ki...
-
Dünya12:12Dollar və avro rubl qarşısında çökdü: Bazarda nə baş verir?

































