Dünya
Qərbin hərəkətləri ikiüzlülükdür - Fidan
Qərb Qəzzədəki vəziyyətlə bağlı “dəhşətli ikiüzlülük” nümayiş etdirir, Kiyevi dəstəkləməyə davam edir, eyni zamanda Fələstin müqavimətini cinayət hesab edir.
Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Ümumiyyətlə, bu, dəhşətli ikiüzlülükdür. Qərb Ukraynanın işğalını cinayət hesab edir, lakin o, İsrailin Fələstini işğalına təbii və qanuni yanaşır”, - deyə Hakan Fidan "Star"a müsahibəsində bildirib.
O əlavə edib ki, Ukraynada insanları müqavimətə çağıranlar, Fələstin müqavimətini cinayət hesab edirlər.
Qeyd edək ki, Fələstin və İsrail arasındakı münaqişə ərazi iddiaları ilə bağlıdır və uzun illərdir ki, Yaxın Şərqdə gərginlik mənbəyi olub. 1947-ci ildə BMT Fələstində Britaniya mandatının dayandırılmasını və şərq ölkəsinin yəhudi və ərəblərə bölünməsini təklif edən 181 saylı qətnaməni qəbul etdi. Ərəb dövlətlərinin səlahiyyətliləri BMT-nin planını fəlakət adlandıraraq rədd etdilər. 1948-ci ildə Ərəb-İsrail müharibəsindən sonra İsrail dövlətinin yaradılması elan olundu, lakin Fələstin heç vaxt yaranmadı. Nəticədə ərazi üzərində silsilə silahlı münaqişələr başladı.
Xatırladaq ki, 7 oktyabr 2023-cü ildə Fələstin HƏMAS hərəkatının hərbi qanadı tərəfindən elan edilən Əl-Əqsa Tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə soxulub.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağındakı hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan etdi: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırıldı.
Adəm Abbaslı
-
Sosial08:24Dörd rayonda və Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
-
ABŞ08:00Maskı tərk edənlər elə bir raket istehsal etdilər ki...
-
Ekologiya07:17Bu gün hava necə olacaq? - PROQNOZ
-
İdman06:46Olimpiya çempionları nişanlandılar - FOTO
-
Magazin106:16Emma Ələkbərzadə oğlu ilə belə rəqs etdi - VİDEO
-
Avropa05:156,5 min il əvvəl bəzək əşyasına çevrilmiş insan dişi aşkarlandı
-
MDB04:44Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir













.jpg)






.jpg)










