Rusiya hərbi aviasiyası Ukrayna səmasına daxil oldu
Bizi izləyin

Dünya

Rusiya hərbi aviasiyası Ukrayna səmasına daxil oldu

Dünən Luqansk vilayətinin eyni adlı kəndi istiqamətində Rusiyanın iki təyyarəsi Ukraynanın hava məkanına daxil olub.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin rəhbəri brifinqdə Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, Rusiyanın hərbi təyyarələrindən biri 500 metr, digəri isə 5 kilometr Ukraynanın hava məkanına daxil olub. A.Lısenko qeyd edib ki, Rusiya hərbi təyyarələri sərhədin pozulması ilə kəşfiyyat uçuşlarını davam etdirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm