"Wagner"in komandiri bu ölkə prezidentinin müşaviri oldu - FOTO
Bizi izləyin

Dünya

"Wagner"in komandiri bu ölkə prezidentinin müşaviri oldu - FOTO

Mərkəzi Afrika Respublikasının (CAR) Prezidenti Fosten-Arkanj Tuadera "Wagner" özəl hərbi şirkətinin (PMC) komandiri Dmitri Podolskini təhlükəsizlik üzrə məsləhətçi təyin edib.

Publika.az xəbər verir ki, bu barədə beynəlxalq jurnalist Abbas Cümə öz "Telegram" kanalında məlumat yayıb .

"Wagner" PMC-nin komandiri Dmitri Podolski (“Salem”) Mərkəzi Afrika Respublikası prezidentinin təhlükəsizlik üzrə müşaviri oldu", - deyə o, təyinatın təfərrüatlarının daha sonra dərc ediləcəyini açıqlayıb.

2023-cü ilin sentyabrında CAR Prezidenti Rusiya hakimiyyəti ilə razılaşaraq, çətin anda təhlükəsizliyi təmin etmək üçün təxminən min PMC döyüşçünün ölkədə qalacağını söyləyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm