Livana peycer satan sahibkar yoxa çıxdı : təhlükəsizlik xidməti hərəkətə keçdi
Bizi izləyin

Dünya

Livana peycer satan sahibkar yoxa çıxdı : təhlükəsizlik xidməti hərəkətə keçdi

Livana peycerlərin tədarükündə əli olmaqda şübhəli bilinən Bolqarıstanın "Norta Global" LTD şirkətinin sahibi olan Norveç vətəndaşı Rinson Yosin bu cihazların partladılmasından sonra yoxa çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Nəşrin məlumatına görə, Hindistan əsilli 39 yaşlı Yosin əvvəlcədən planlaşdırılan səfərə çıxıb, lakin onunla əlaqə saxlamaq mümkün olmayıb. Norveçin əsas iş yeri kimi qeyd olunan NHST media konqlomeratının rəhbərləri artıq ölkənin təhlükəsizlik xidməti ilə əlaqə saxlayıblar. Qurum faktla bağlı ilkin araşdırma təşkil edib.

O da qeyd olunur ki, Yossinin peycerlərə partlayıcı yerləşdirməklə bağlı gizli əməliyyatdan xəbərdar olduğunu düşünməyə hələlik heç bir əsas yoxdur.

Bundan əvvəl "ABC News" telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, İsrail kəşfiyyat xidmətləri təxminən 15 ildir Livanda peycerləri partlatmaq üçün əməliyyat hazırlayır.

Xatırladaq ki, sentyabrın 17-də Livanda peycerlərdə güclü partlayış baş verib. Tayvanın "Gold Apollo" şirkəti partlayan AR924 model peycerləri istehsal etmədiyini açıqlayıb. Onun nümayəndələrinin qeyd etdiyi kimi, Avropada onların adından başqa şirkətlər işləyir. Fransanın "Le Figaro" qəzetinə görə, Hizbullaha satılan qurğular "Gold"-un macar ortağı "Apollo" tərəfindən istehsal edilib. Peycerin partladılması nəticəsində ikisi uşaq olmaqla 12 nəfər həlak olub. Daha 4 mindən çox şəxs yaralanıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm