Dünya
ABŞ-dan İrana İsraillə bağlı xəbərdarlıq: Cavab verilməməlidir
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Vaşinqtonun Təl-Əvivə dəstəyini bir daha bəyan edərək, İranın İsrailin hücumlarına cavab verməməli olduğunu bildirib.
Publika.az xəbər verir ki, Pentaqonun sözçüsü general-mayor Pat Rayder mətbuat konfransında İran və İsrail arasında artan gərginliklə bağlı açıqlama verib.
Rayder İranın qisas alacağına dair bir iddia irəli sürməyəcəyini bildirib: "ABŞ hökuməti olaraq, İranın İsrailin hücumlarına cavab verməməsi lazım olduğunu düşünürəm. Əgər onlar cavab verməyi seçsələr, əlbəttə ki, İsraili dəstəkləyəcəyik".
ABŞ-ın yaxın aylarda Yaxın Şərqə əlavə hərbi qüvvələr yerləşdirəcəyinə işarə edən Rayder bölgəyə “B-52” bombardmançılarının göndərildiyini vurğulayıb. O, hərbi qüvvələrin bölgədəki ABŞ qüvvələrini qorumaq və İsraili müdafiə etmək üçün yerləşdiriləcəyini qeyd edib: "İsrailin müdafiəsini dəstəkləməyə hazırıq və İranın heç bir cavab hücumu etməyəcəyinə ümid edirik".
Qeyd edək ki, Pentaqon oktyabrın 13-də verdiyi yazılı açıqlamada THAAD batareya sistemi və onu işlədəcək 100-ə yaxın hərbçinin İran təhlükəsinə qarşı İsrailə göndəriləcəyini açıqlayıb.
Roza
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi














.jpg)
.jpg)



















