Trampın dəstəyi də Netanyahunun işinə yaramadı: Reytinqi düşür
Bizi izləyin

Dünya

Trampın dəstəyi də Netanyahunun işinə yaramadı: Reytinqi düşür

Trampın dəstəyi də Netanyahunun işinə yaramadı: Reytinqi düşür

ABŞ prezidenti Donald Trampın İsrailin Baş naziri Binyamin Netanyahunu dəstəkləməsi onun seçici dəstəyini artıra bilməyib.

Publika.az xəbər verir ki, İsrailin “Channel 12” telekanalı Trampın dəstəyini açıqlamasından sonra keçirilən rəy sorğusunun nəticələrini yayımlayıb.

Sorğunun nəticələrinə görə, 120 yerlik İsrail parlamentində nə Netanyahunun rəhbərlik etdiyi hakimiyyət bloku, nə də müxalifət hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu əldə edə bilib.

Müxalifət bloku 55, hakimiyyət bloku isə 51 mandat qazanıb. Hər iki tərəfin hökumət qurmaq üçün ümumilikdə 14 mandatı olan iki ərəb partiyasının dəstəyinə ehtiyacı var.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm