Dünya
Putindən Trampa təklif: Üçümüz orada görüşək
Rusiya prezidenti Vladimir Putin noyabr ayında ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında Ukrayna münaqişəsinin Moskva üçün əlverişli şərtlərlə həllini müzakirə etmək üçün görüş keçirməyi təklif edib.
Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal" mənbələrinə istinadən məlumat yayıb.
Sammitin keçirilməsi təklifi, xüsusən də ABŞ prezidentinin Rusiya dizel yanacağının alınması ilə bağlı müqavilə elan etməsindən və Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən “Lindsi Qrem Aktı”nın dayandırılması barədə sərəncam imzalamasından sonra Moskva ilə Vaşinqton arasında münasibətlərin istiləşməsi fonunda ortaya çıxıb.
Nəşr keçmiş Rusiya kəşfiyyat zabitinə istinadən iddia edir ki, Putinin təklifi 9 oktyabrda Trampla telefon danışığı zamanı irəli sürülüb.
Kreml 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində üçtərəfli görüş keçirməyi təklif edib.
Kremlin sözçüsü Dmitri Peskov nəşrə mümkün görüşlə bağlı müzakirələrin aparıldığını təsdiqləyib: "Görüşün özü və ya potensial gündəliyi ilə bağlı hələlik dəqiq bir anlaşma yoxdur, baxmayaraq ki, hər üç tərəf belə bir görüşün hipotetik ehtimalını qəbul edir".
ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi qəzetə bildirib ki, Tramp hələlik sammitə razılıq verməyib, lakin ümumilikdə bu ideyaya açıq ola bilər.
Müəllif: Tural
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
















.jpg)
















