Dünya
G20 sammiti başladı - Yeniləndi
Braziliyanın Rio-de-Janeyro şəhərində "İyirmilik" (G20) ölkələrinin ikigünlük sammiti başlayıb.
Publika.az xəbər verir ki, tədbir Müasir İncəsənət Muzeyində keçirilir.
Qeyd edək ki, sammit görüşlərinin təhlükəsizliyini təmin etmək üçün Braziliya Müdafiə Nazirliyi 9 min hərbçi cəlb edib.
***
Braziliyanın Rio-de-Janeyro şəhərində 20 ölkədən ibarət G20 qrupunun iki günlük sammiti başlayır.
Publika.az xəbər verir ki, tədbirə G20 ölkələrinin və bəzi digər dövlətlərin liderləri, o cümlədən Anqola, Boliviya, Qətər, Kolumbiya, Misir, Malayziya, Nigeriya, Sinqapur və Vyetnamın rəhbərləri dəvət olunub.
Braziliya sədrlik dövrü üçün əsas mövzular kimi davamlı inkişaf, qlobal idarəetmə və institutların, o cümlədən BMT, Beynəlxalq Valyuta Fondu (BVF) və Ümumdünya Ticarət Təşkilatının islahatlarını, sosial inteqrasiyanı və aclıqla mübarizəni seçib.
Noyabrın 18-də Braziliyanın təklif etdiyi Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyansının rəsmi təqdimatı planlaşdırılıb. Alyansın məqsədi, xüsusilə ən həssas regionlarda ərzaq təhlükəsizliyinin təminatı üçün ölkələri, beynəlxalq təşkilatları və özəl sektoru hərəkətə keçirməyə təşviq etməkdir.
Braziliya həmçinin, bəyanata Ukrayna və Yaxın Şərqdəki münaqişələrin sülh yolu ilə həlli çağırışını da daxil etmək istəyir. "Sülhün təmin edilməsi barədə mesaj yalnız konkret münaqişəyə deyil, bütün münaqişələrə aiddir. Bu, Braziliyanın qlobal idarəetmə islahatlarına verdiyi önəmi təsdiqləyir. Bizə sülh lazımdır ki, beynəlxalq cəmiyyətin əsas hədəflərinə, yəni yoxsulluqla mübarizəyə və davamlı inkişafın irəlilədilməsinə, o cümlədən iqlim dəyişikliyi ilə mübarizəyə diqqət yetirə bilək", - sammitöncəsi Braziliyanın şerpası (G20 üzvü olan ölkənin liderinin etibarlı adamı-red) Maurisio Liriu bildirib.
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman14 Noyabr 21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman14 Noyabr 21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial14 Noyabr 21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
-
İdman14 Noyabr 20:36Dünya çempionu prezidentliyə namizəd oldu
-
Magazin114 Noyabr 20:12Rus müğənni Bakıda azərbaycanlı iş adamı ilə ailə qurdu
-
Nida Xəbər 14 Noyabr 18:48Azərbaycan FAMEX-ə dəvət edildi
























.png)








