Dünya
Dünya üşüyür, Rusiya qızışır: Anomal temperaturun səbəbləri
Rusiya ərazisində anomal isti temperatur müşahidə olunacaq.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib. Mütəxəssis bunu Atlantik okeanından isti havanın ötürülməsi və qlobal istiləşmə ilə izah edib.
“Vəziyyət belədir ki, ümumilikdə bütün ölkə ərazisində çox yüksək temperatur var. Qlobal istiləşmənin dövriyyədə dəyişməsi ilə əlaqədar olaraq, Atlantik havasının Sibirə və xüsusilə Uzaq Şərqə keçməsi əvvəllər olduqca nadir idi. Lakin cari əsrdə bu, getdikcə daha çox rast gəlinir, belə bir vəziyyət yaranır”, - deyə direktor qeyd edib.
Onun sözlərinə görə, Ural Federal Dairəsinin şərqində havanın temperaturu normanı 15-16 dərəcə keçəcək. Sibir və Yakutiyanın qərb bölgələrində anomal temperatur gözlənilir.
"Anomaliyalar 16-20 dərəcəyə çatacaq, normal temperaturdan yüksək olan bu isti Atlantik hava kütlələrinin ötürülməsi ilə bağlıdır", - Roman Vilfand vurğulayıb.
O əlavə edib ki, Ural, Sverdlovsk, Tümen və Kurqan vilayətlərində havanın temperaturu sıfıra yaxın olacaq, Çelyabinsk vilayətində isə iş həftəsi ərzində sıfırdan yuxarı hava şəraiti gözlənilir.
Adəm Abbaslı
-
MDB15:56Yüksək rütbəli hərbçilər həbs edildi - Baza komadiri küçədə rüşvət alıb
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
-
Avropa12:26Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı






























.jpg)
.jpg)
