Dünya
Razılaşma təsdiqləndi: 2 gün sonra dünyaya elan edəcəklər
İsrail mətbuatı baş nazir Benyamin Netanyahunun Livanda Hizbullah ilə atəşkəs razılaşmasını təsdiqlədiyini bildirib. İddiaya görə, razılaşma 2 gün ərzində elan ediləcək.
Publika.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası “KAN” məlumat verib.
Xəbərdə Netanyahu və bir çox nazirin dünən axşam təşkil etdikləri iclasda Netanyahunun Livanda atəşkəs razılaşması təklifini bəyəndiyi bildirilib.
Danışıqlarda İsrail ordusunun Suriya-Livan sərhəd xəttində sərbəst hərəkət etməsinə dair müzakirələr aparıldığı, razılaşmanın pozulacağı təqdirdə İsrailin sərhəddə sərbəst hərəkəti ilə bağlı ABŞ-dan təminat aldığı bildirilib.
Bundan əlavə, adı açıqlanmayan İsrail mənbələrinə əsaslanan xəbərdə iki gün ərzində atəşkəsin elan edilməsinin gözlənildiyi bildirilib. Mənbələr “Livanla müqavilə imzalanıb və Netanyahu hazırda bunu ictimaiyyətə necə izah etmək üzərində işləyir” deyib.
İsrailin Vaşinqtondakı səfiri Maykl Herzoq da Livanda Təl-Əviv və Hizbullah arasında atəşkəs əldə etməyə yaxın olduqlarını bildirib. Herzoq qeyd edib ki, atəşkəs gözlənilsə də bəzi detallar hələlik razılaşdırılmayıb.
Roza
-
İdman07:15Keynin “Bayern”dəki fantastik maaşı
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu













.jpg)



















.jpg)
