Dünya
Kadırov İlon Maskdan üzr istədi
Amerikalı milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin yaradıcısı İlon Mask Çeçenistan lideri Ramzan Kadırova "Cybertruck" hədiyyə etməyib. Kadırovun sözlərinə görə, bu, onun zarafatıdır.
Publika.az bu barədə məlumatı xarici mətbuatdan əldə edib.
“Əslində İlon Maskla maraqlanıram. Onun xarakterini, həyat tərzini, davranışını, həyatdakı mövqeyini bəyənirəm. Mən onunla sosial şəbəkələr vasitəsilə zarafat etməyi xoşlayıram”, - deyə Kadırov bildirib.
Onun sözlərinə görə, "Cybertruck" müharibə üçün uyğun deyil və "UAZ Patriot" bu məqsədlər üçün daha uyğundur.
"Əgər biz İlon Maskı bir növ incitmişiksə, üzr istəyirik", - deyə Kadırov yekunlaşdırıb.
Xatırladaq ki, bu ilin avqust ayında Çeçenistan lideri Maskın ona "Cybertruck" verdiyini açıqlayıb. Kadırovun "Telegram" kanalında yayımlanan videoda o, Qroznı küçələrində elektromobillə hərəkət edib. Maşının yük yerində pulemyot yerləşdirilib. Onun sözlərinə görə, avtomobil Rusiya-Ukrayna cəbhəsinə göndərilib.
Daha sonra Mask Çeçenistan prezidentinə "Cybertruck" verilməsi ilə bağlı məlumatı təkzib edib.
Adəm Abbaslı
-
Avropa21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO












.jpg)





















