Dünya
Bu ölkə qanunsuz mərc oyunlarında milyardlar itirdi
Texnologiyanın inkişafı və geniş tətbiqi ilə qumar fərqli bir quruluşa çevrilib. İnternetdə də oynana bilən mərc oyunları artıq bütün dünyaya yayılıb.
Publika.az xəbər verir ki, onlayn mərc oyunları ilə bağlı tədbir görməyə qərarlı olan Çin hökuməti istənilən nəticəni əldə edə bilməyib. Qanunsuz mərc saytları Cənubi Afrika kimi bəzi ölkələr vasitəsilə istifadəçilərə çatmağa davam edir.
Çin Kommunist Partiyasının baş katibi və Çin Xalq Respublikasının sədri Si Cinpin ölkədə yayılan onlayn qeyri-qanuni mərc oyunları probleminə qarşı tədbirlərin gücləndirilməsi barədə göstəriş verib. Təlimatlara uyğun olaraq görülən tədbirlər nəticə verməyib.
Qeyri-qanuni mərc saytlarının sahibləri bəzi ölkələrdən istifadə edərək Çindəki istifadəçilərin hesabına daxil olmağa davam edirlər. Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi hesabatda Çin Xalq Respublikasının onlayn mərc oyunları səbəbindən 145 milyard dollar milli sərvət itirdiyi bildirilir.
Çin İctimai Təhlükəsizlik Nazirliyinin açıqladığı rəqəmlər təəccüb doğurur. Nazirlikdən verilən məlumata görə, 2024-cü ildə keçirilən Avropa çempionatı zamanı 4300 qanunsuz mərc saytı bağlanıb.
Aysel Şahmar
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz












.webp)
.jpg)





.jpg)

















.jpg)