Dünya
Suriyalılar qayıdır: Türkiyənin bu şəhərlərində kirayə evlər kəskin ucuzlaşacaq
Türkiyədə son illərdə kirayə qiymətlərinin sürətlə artması xüsusilə böyük şəhərlərdə yaşayan vətəndaşlar üçün mühüm problemə çevrilib.
Publika.az xəbər verir ki, bu vəziyyətə Suriyadakı vətəndaş müharibəsi səbəbilə Türkiyəyə sığınan suriyalı qaçqınların sıx məskunlaşdığı bölgələrdə mənzil tələbinin artması ciddi təsir edib.
Ancaq suriyalılar Əsəd rejiminin süqutundan sonra ölkələrinə dönərsə, bu bölgələrdə mənzilə tələbatın azalacağı və buna görə də kirayə qiymətlərinin aşağı düşəcəyi gözlənilir.
Əmlak Hüquq İnstitutu Başçısı Ali Yüksel Türkiyənin böyük şəhərlərində, xüsusilə İstanbulun Avropa tərəfində Suriya əhalisinin azalmasının mənzil bazarına birbaşa təsir edəcəyini bildirib. O, kirayə qiymətlərində 20-30 faiz endirimlər olacağını proqnozlaşdırıb.

Əmlakçı Yusuf Yılmaz da orta hesabla 50 min evin boş qalacağını və bu azalmanın xüsusilə İstanbulda Zeytinburnu, Esenyurt və Fatih bölgələrində kirayə mənzil qiymətlərində müşahidə oluna biləcəyini bildirib.
Qiymətlərdə endirim gözənildiyi digər yerlərə isə Sultanqazi, Manisa, Kahramanmaraş, Osmaniyə, Diyarbəkirdə Bağlar, Malatyada Battalqazi, Antalyada Muratpaşa, Ankarada Altındağ, Kocaeli, İzmirdə Bornova kimi bölgələr aiddir.
Roza
-
Region03:13Qonşu ölkədə qripdən ölənlərin sayı artır
-
İKT02:42Ağ Ev "TikTok" hesabı açdı
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgidə gözlənilməz yaxınlaşma sizi sevindirə bilər
-
Nida Xəbər 00:10XİN: Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz iz qoyub
-
Magazin111 Dekabr 23:00Pərvinin villasının içində görün nələr var - VİDEO
-
Pul11 Dekabr 22:12Dollar və avro BAHALAŞDI
-
Sosial11 Dekabr 21:36Bakıda 14 yaşlı qız ANA OLDU: hər ikisinin vəziyyəti... - YENİLƏNDİ
-
Nida Xəbər 11 Dekabr 19:24Əli Abbasov deputat mandatından məhrum edildi


























.jpg)






