Taysonun növbəti rəqibinin adı açıqlandı
Bizi izləyin

İdman

Taysonun növbəti rəqibinin adı açıqlandı

Səudiyyə Ərəbistanlı promouter Turki əl-Əş Şeyx aprelin 11-nə boks gecəsini elan edib.

Publika.az xəbər verir ki, əsas döyüşdə ikiqat dünya çempionu, britaniyalı Tayson Furi rusiyalı Arslanbek Mahmudovla üz-üzə gələcək. Döyüş yeri sonradan açıqlanacaq.

Tayson 37 yaşındadır. Britaniyalı peşəkar rinqdə debütünü 2008-ci ildə edib. O, iki dəfə dünya çempionu olub. Son döyüşünü 2024-cü ilin dekabrında keçirib və ukraynalı Oleksandr Usikə qarşı yekdil qərarla uduzub.

Arslanbek Mahmudov 36 yaşındadır. Rusiya peşəkar kimi debütünü 2017-ci ildə edib. Çoxsaylı döyüşlərini Kanadada keçirib. Son döyüşündə isə 2025-ci ilin oktyabrında britaniyalı David Allen üzərində yekdil qərarla qələbə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm