Dünya
ŞOK İDDİA: İsrail illərlə Əsədlə əlaqə saxlayıb - Bu yolla
İsrailin illərdir Əsəd rejimi ilə gizli şəkildə “WhatsApp” vasitəsilə əlaqə saxladığı üzə çıxıb.
Publika.az xəbər verir ki, “Yediot Ahronot” qəzeti İsrail kəşfiyyatının son illər Suriyanın devrilmiş rejim lideri Bəşər Əsəd və onun yaxın çevrəsi ilə əlaqə yaratmaq üçün gizli əməliyyatlar həyata keçirdiyini yazıb.
Bildirilir ki, İsrail kəşfiyyatının devrilmiş rejimin yüksək rütbəli şəxsləri ilə “Musa” kod adı ilə “WhatsApp” vasitəsilə əlaqə saxladığı bildirilib.
“WhatsApp” vasitəsi ilə Əsəd və onun yaxın çevrəsi İsrailin həyata keçirdiyi başqa bir əməliyyatda Livana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması müqabilində Livana silah daşınmasının dayandırılmasını da əhatə edən gizli razılaşmanın əldə edilməsinə cəhd edildiyi bildirilir.
Xəbərdə həmçinin İsrail Xarici Kəşfiyyat Xidmətinin (Mossad) keçmiş rəhbəri Yossi Koenin 2019-cu ilin sonunda Rusiyanın paytaxtı Moskvada Kreml sarayında Əsədlə görüşməyi planlaşdırdığı, lakin Əsədin görüşdən imtina etdiyi vurğulanıb.
Aysel Şahmar
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Avropa15:33Fransada kütləvi iğtişaşların vurduğu ziyan açıqlandı
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki
-
Yaxın Şərq12:44İran: ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq
-
Ekologiya12:16Sabahın hava proqnozu açıqlandı



































