Dünya
Cənubi Koreya Prezidentinin həbsinə order verildi
Cənubi Koreya məhkəməsi hərbi vəziyyət rejimindən sonra qiyama cəhddə şübhəli bilinən Prezident Yun Sok Yol haqqında istintaq qrupunun tələbi ilə həbs orderi verib.
Publika.az xəbər verir ki, ölkədə hərbi rejim elanından sonra parlamentin qərarı ilə vəzifəsindən uzaqlaşdırılan və haqqında qiyama cəhd şübhəsi ilə istintaq başlayan Prezidentin ofisində də axtarış aparılmasına qərar verilib. İstintaq qrupu Prezidentin dəqiq nə vaxt saxlanılacağını bildirməsə də, order 1 həftə qüvvədə olur. Bu, Cənubi Koreya tarixində prezident haqqında verilən ilk həbs orderidir.
Birgə istintaq qrupu Prezident Yun Sok Yolun həbsinə order almaq üçün dekabrın 30-da Seul məhkəməsinə müraciət edib. Qrup ifadə vermək üçün 3 dəfə sorğu göndərsə də, Prezident bunlara məhəl qoymayıb. İstintaq qrupunun məhkəməyə order üçün müraciət etməsindən bir neçə saat sonra Prezident yazılı ifadəsini istintaqa göndərib.
Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalif Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək Prezidentin impiçmenti prosesinə start verib. Dekabrın 7-də parlamentdə impiçmentin səsə qoyulması hakim partiyanın boykotu səbəbindən yetərsay olmadığı üçün baş tutmayıb.. Amma dekabrın 14-də hakim partiyanın deputatlarının bir neçəsinin dəstəyi ilə 2-ci cəhddə impiçment baş tutub. Ondan sonra qiyama cəhd şübhəsi ilə istintaq başlayıb. Bir neçə yüksək vəzifəli hərbçi saxlanılıb.
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı













.jpg)





















