Dünya
Sudan lideri Rusiya səfərinə hazırlaşır - Nə baş verir?
Sudanın Suveren Şurasının rəhbəri və Silahlı Qüvvələrin ali baş komandanı Abdel Fəttah əl-Burhan bu ilin payızında Rusiyaya rəsmi səfər etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “Baza” "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, Rusiya və Sudanın diplomatik qurumları səfərlə bağlı bütün detalları artıq razılaşdırıblar. Yüksək səviyyəli genişmiqyaslı danışıqların oktyabr ayında keçirilməsi nəzərdə tutulur.
Görüşlər zamanı hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi perspektivləri, eləcə də regional təhlükəsizliyin təmin olunması istiqamətində koordinasiyanın gücləndirilməsi müzakirə ediləcək.
Gündəmdə yer ala biləcək əsas məsələlərdən biri də 2020-ci ildə əldə olunmuş razılaşma əsasında Rusiya Hərbi Dəniz Donanmasının Qırmızı dəniz sahilində maddi-texniki təminat məntəqəsinin yaradılması layihəsinin yenidən aktivləşdirilməsi ola bilər.
Qeyd olunur ki, bu strateji layihənin həyata keçirilməsi indiyədək Sudandakı daxili siyasi qeyri-sabitlik, hərbi çevrilişlər və hakimiyyət dəyişiklikləri səbəbindən davamlı şəkildə təxirə salınıb.
Adəm
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı




































