Ukrayna ilə sülh danışıqlarının əsası İstanbul razılaşmalarıdır - Peskov
Bizi izləyin

Dünya

Ukrayna ilə sülh danışıqlarının əsası İstanbul razılaşmalarıdır - Peskov

Ukrayna ilə sülh danışıqlarının əsası İstanbul razılaşmalarıdır - Peskov

Rusiya Ukrayna ilə sülh danışıqlarında İstanbulda əldə olunmuş razılaşmaları əsas götürməyə davam edir.

Publika.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O, Rusiya prezidenti Vladimir Putinin mövqeyinin dəyişmədiyini vurğulayıb. Qeyd edib ki, Rusiya İstanbul razılaşmaları əsasında danışıqlara hazırdır.

Peskov mümkün yeni danışıqların hansı platformada keçiriləcəyinin isə hələ müəyyənləşmədiyini bildirib.

Kremlin sözçüsü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Avropa ölkələri arasında mümkün vasitəçilik təşəbbüsünə də toxunub. Peskov bildirib ki, ilk növbədə Avropa tərəfinin dialoqa hazır olub-olmadığına əmin olmaq lazımdır.

Onun sözlərinə görə, Avropadan gələn bəzi açıqlamalar müsbət siqnal versə də, onların ziddiyyətli olması mənfi haldır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm