Türkiyəyə qarşı "şeytan üçbucağı" iddiası: Təcili hərəkətə keçməliyik
Bizi izləyin

Dünya

Türkiyəyə qarşı "şeytan üçbucağı" iddiası: Təcili hərəkətə keçməliyik

Türkiyəyə qarşı "şeytan üçbucağı" iddiası: Təcili hərəkətə keçməliyik

Yunanıstanın Parapolitika” nəşri Şərqi Aralıq dənizində Yunanıstan, Cənubi Kipr Rum Administrasiyası (GKRY) və İsrail arasında formalaşdığı iddia olunan əməkdaşlığı "Türkiyəyə qarşı yeni strateji ox" kimi qiymətləndirib.

Publika.az xəbər verir ki, nəşrin iddiasına görə, üçtərəfli əməkdaşlıq bölgədə artan Türkiyə təsirinə qarşı çəkindiricilik mexanizmi yaratmağı hədəfləyir.

Analizdə İsraillə hərbi əməkdaşlıq "Türk gücünə qarşı antidot" kimi xarakterizə olunub. Məqalədə həmçinin, Fransaya etimadın məhdud olduğu, İsrailin isə təhlükəsizlik baxımından daha etibarlı müttəfiq hesab edildiyi bildirilib.

İsrailin diaspor işləri və antisemitizmlə mübarizə naziri Amiçay Çikli də Türkiyənin Şərqi Aralıq dənizində artan təsirinə diqqət çəkərək, Yunanıstanın müttəfiqləri ilə birlikdə təcili hərəkətə keçməsinin vacibliyini vurğulayıb.

Analitik Konstantinos Lambropoulos isə İsraili Aralıq dənizində Yunanıstanın ən güclü müttəfiqi adlandıraraq, bu əməkdaşlığın Türkiyə üçün ciddi çəkindirici amil olacağını iddia edib.

Bununla yanaşı, sözügedən üçtərəfli əməkdaşlığın birbaşa hərbi blok olmasa da, Türkiyənin bölgədəki fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş "faktiki çəkindiricilik balansı" kimi qiymətləndirildiyi vurğulanıb.

Son olaraq qeyd olunub ki, xarici mətbuatda bu ittifaq eyni zamanda "Şeytan üçbucağı" adlandırılır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm