Dünya
Bu ölkədən Makrona sərt reaksiya: Hörmət etməyi öyrənməlisən
Çad Fransa prezidenti Emmanuel Makronun Afrika liderlərinin Sahel bölgəsində terrorla mübarizədə göstərdiyi səylərə görə təşəkkür etməyi unutduqlarına dair açıqlamasına sərt reaksiya verib.
Publika.az xəbər verir ki, Çadın xarici işlər naziri və hökumət sözçüsü Abderaman Koulamallah Makronun açıqlamalarını afrikalılara qarşı alçaldıcı münasibət kimi qiymətləndirib.
"Fransa liderləri Afrika xalqlarına hörmət etməyi öyrənməlidirlər", - deyə o, bildirib.
Nazir Çadın Fransanın azad edilməsində kritik rol oynadığını xatırladıb: "Afrika xalqlarının İkinci Dünya Müharibəsində Fransaya verdiyi fədakarlıqlar heç vaxt layiqincə qiymətləndirilmədi".
Koulamallah Çad ordusunun Fransanın dəstəyi olmadan, xalqın cəsarəti və təvazökar imkanları ilə qurulduğunu vurğulayıb. O, Fransanın Çad ordusuna mənalı dəstək vermədiyini, 60 illik mövcudluğu boyunca verdiyi töhfələrin ümumiyyətlə öz strateji maraqları ilə məhdudlaşdığını əlavə edib.
“Bəzi Afrika liderləri Fransanın Saheldə terrorla mübarizə səylərinə təşəkkür etməyi unutdular. Bunu öz xalqına deməyə cəsarəti olmayan bütün Afrika liderləri üçün deyirəm. Əgər Fransa ordusu bu bölgədə yerləşməsəydi, onların heç bir ölkəsi bu gün suveren dövlət kimi mövcud olmazdı” - deyə, Emmanuel Makron sözügedən çıxışında bildirmişdi.
Qeyd edək ki, Çad hökuməti 28 noyabr 2024-cü ildə Fransa ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq sazişinin sona çatdığını elan edib.
Roza
-
Qoroskop00:55Günün ulduz falı: Yeni ideyalarınız diqqət çəkəcək
-
Hadisə3 Dekabr 22:50Bakıda restoranda yanğın baş verdi - VİDEO
-
İdman3 Dekabr 22:08Qurban Qurbanov o iddialara belə cavab verdi: “Keçmişə qayıtmağa ehtiyac yoxdur”
-
ABŞ3 Dekabr 21:39Melaniya Trampa və İlon Maska ŞOK - ABŞ vətəndaşlığını itirə bilərlər
-
İdman3 Dekabr 20:36Alonsonun qərarı “Real”da növbəti gərginlik yaratdı
-
Magazin13 Dekabr 19:40Flora Kərimovadan Eltona cavab: "Üzr də istəyəcəksən"
-
Hadisə3 Dekabr 19:15Ağdərədə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNDİ/FOTO
-
Sosial3 Dekabr 18:10Bu sahədə boy ölçüsü tələbi dəyişdirildi - 160 sm-dən yuxarı olmalıdır








.jpg)





.jpg)








.jpg)









