Dünya
Ostinin istefası Ukrayna üçün nə deməkdir? - ABŞ-dan AÇIQLAMA
Ukrayna üzrə Təmas Qrupu ABŞ-ın müdafiə naziri Lloyd Ostinin gözlənilən gedişindən sonra fəaliyyətini dayandıra bilər.
Publika.az xəbər verir ki, bu barədə “Politico” yazır.
Qeyd edilir ki, Ostin hazırda Almaniyadadır və burada Pentaqonun rəhbəri kimi müttəfiqləri ilə Ukraynaya dəstək üzrə son görüşündə iştirak edir. Qəzet yazır ki, onun gedişi Kiyev üçün ciddi zərbə olacaq.
Nəşr vurğulayır ki, qrup növbəti dəfə görüşəndə vəziyyət tamamilə fərqli olacaq. Qrupun dağılması rus qoşunlarının irəliləməsi fonunda mövqelərini itirməkdə olan Ukraynaya mənfi təsir göstərə bilər:
"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Ostin Pentaqondan gedəcək və bununla da təmas qrupu baş təhrikçisini və qurucusunu itirəcək. Çünki heç bir başqa ölkə rəhbərliyi öz üzərinə götürməyi təklif etməyib”.
Bununla belə, NATO rəsmiləri deyirlər ki, qrup bir qədər dəyişdirilmiş formatda olsa da, Ostinsiz öz işini davam etdirə bilər. Alyans nümayəndələrindən biri qeyd edib ki, müttəfiqlərin ilk görüşlərinə ev sahibliyi edən Böyük Britaniya və Ukraynanın əsas təchizatçısı olan Almaniya qruplaşmanın potensial lideri ola bilər.
Adəm Abbaslı
-
MDB19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi







.jpg)










.webp)



.jpg)














