Dünya
Aztəminatlı ailələrə sosial yardımlar dayandırılır? - Nazirlikdən açıqlama
Xəzinə və Maliyyə Nazirliyi Türkiyədə Ailələrə Dəstək Proqramının nazir Mehmet Şimşək tərəfindən dayandırıldığı iddiasını təkzib edib.
Publika.az xəbər verir ki, açıqlamada ictimaiyyətin düzgün məlumatlandırılması üçün məsələyə aydınlıq gətirilməsinin vacibliyi vurğulanıb.
"Proqram müvəqqəti olduğu üçün nazirin imzasına ehtiyac olmadan avtomatik olaraq dayandırıldı. Sosial Xidmətlər Nazirliyi tərəfindən həyata keçirilən Türkiyə Ailələrə Dəstək Proqramı 2022-ci ilin iyun ayında müvəqqəti olaraq başlamış və nəzərdə tutulan müddətdə təbii olaraq sona çatan bir proqramdır. Xəzinə və maliyyə naziri proqramın dayandırılması ilə bağlı heç bir göstəriş verməyib. Bu kontekstdə mətbuatda gedən xəbərlər həqiqəti əks etdirmir”.
Bəyanatda qeyd olunub ki, bu ilin büdcəsində hərtərəfli sosial dəstək sisteminə vəsait ayrılıb və cəmiyyətin hər bir təbəqəsi nəzərə alınıb:
"Fiziki qüsurlu şəxslərdən tutmuş 65 yaşdan yuxarı olanlara, sosial təminatı olmayanlara, aztəminatlı ailələrə sosial yardımlarımızı geniş perspektivlə davam etdiririk.
Sosial yardım xərcləri üçün ayırdığımız vəsait 2025-ci ildə 651 milyard lirəyə (təxminən 31 milyon AZN) çatdı. 2002-ci ildə milli gəlirin 0,4 faizini təşkil edən sosial yardım xərclərini 2025-ci ildə 1,1 faizə yüksəltdik.
Qəsdən yoxlanılmadan, ictimaiyyəti çaşdırmaq məqsədi ilə yayılan bu cür xəbərlərə etibar edilməməsi, vətəndaşlarımızın bu cür xəbərlərə qarşı daha diqqətli olması lazımdır”.
Roza
-
İdman02:12Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" isə...
-
Magazin201:11Məşhur müğənninin model sevgilisi dərin dekolteli libasda - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qazanc fürsətləri qarşınıza çıxa bilər
-
Avropa5 Noyabr 23:12NATO qoşunları Latviyada inəklərə zərbələr endirdi
-
Avropa5 Noyabr 22:48Meqan Marklın ögey qardaşının başı dərddə - Yetkinlik yaşına çatmayan qızlar...
-
Sosial5 Noyabr 22:36Köçkün qadınlarla evlənən kişilərə yeni hüquq verildi
-
MDB5 Noyabr 22:24Xameneinin məktubu Putinə çatdırıldı
-
MDB5 Noyabr 21:00Japarov "Qazprom"a sərt xəbərdarlıq etdi
















.jpg)













.jpg)

