Dünya
Bu ölkədə vəba həyəcanı: ölənlərin sayı artır
Qərbi Afrika ölkəsi Qanada vəba epidemiyası səbəbindən ölənlərin sayı 40-a yüksəlib.
Publika.az xəbər verir ki, Qana Səhiyyə Xidmətlərinin məlumatına görə, vəba epidemiyası 2024-cü ilin oktyabr ayından etibarən ölkənin 5 vilayətinə yayılıb.
Açıqlamada bu vilayətlərdə 4 min 850 şübhəli vəba hadisəsinin görüldüyü, həyatını itirənlərin sayının 40-a yüksəldiyi bildirilib.
Hökumətin epidemiyaya qarşı peyvənd kampaniyalarını davam etdirdiyi vurğulanıb. Paytaxt Akkrada epidemiya səbəbiylə 41 nəfər müalicə olunur.
Qida və su ilə ötürülən “vibrio” bakteriyalarının yaratdığı vəba xəstəliyi ishala, beləliklə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.
Aysel Şahmar
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi


































