Dünya
Toy yasa döndü - Gəlinin əmisi qızı rəqs vaxtı öldü / VİDEO
Hindistanın Madhya Pradeş əyalətində keçirilən toy mərasimi faciə ilə nəticələnib.
Publika.az xəbər verir ki, gəlinin əmisi qızı Parinita Kain toy öncəsi ənənəvi "sangeet" mərasimində rəqs edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.
İndor şəhərindən Vidişa bölgəsinə qohumunun toyuna gələn Kainin səhnədə rəqs edərkən yerə yıxıldığı anlar kameraya düşüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə gənc qadının ifa zamanı qəfil üzüstə düşdüyü görünür.
Zee News-un məlumatına görə, şənbə günü baş verən hadisədə Kainin infarkt keçirdiyi ehtimal edilir. Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Toy mərasimi ləğv edilib.
Son dövrlərdə Hindistanda gənclər arasında qəfil infarkt hallarının artması mütəxəssisləri narahat edir. Həkimlər stress, nizamsız həyat tərzi və vaxtında aparılmayan tibbi müayinələr barədə xəbərdarlıq edirlər.(Milli.Az)
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
Digər12:20An-32 qəzaya uğradı, 5 hərbçi öldü - SSRİ istehsalı imiş
-
MDB11:23Məşhur rus alim Ermənistanın hava limanında saxlanıldı
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı
-
ABŞ08:30Pentaqon UNO materiallarını yayımladı - Üçüncü dəfə
-
Elm və təhsil08:15"Son zəng" çalınır
-
Nəqliyyat06:46Bakının parkinq böhranı necə həll oluna bilər? - Video





































