Dünya
Medvedev ABŞ-ın səhvini üzünə vurdu: Heç vaxt Brejnevə qarşı...
ABŞ özünü dünyanın Rusiyaya qarşı hibrid müharibə aparmaq hüququna malik əsas ölkəsi hesab etməklə çox böyük səhv etdi.
Publika.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
"Bir anda Birləşmiş Ştatlar özünü planetimizin əsas ölkəsi təyin etdi. Və onlar qərara gəldilər ki, bütün dünyanı idarə etmək hüququ - qanunsuz sanksiyalar tətbiq etmək, vətəndaşlarımızı hüquqlarından məhrum etmək, xalqımıza qarşı hibrid müharibə aparmaq, edam və əfv hüququ var. Bu, demək olar ki, bəşəriyyətin varlığına baha başa gələcək böyük bir səhv idi", - deyə Medvedev vurğulayıb.
O, həmçinin əlavə edib ki, Rusiyanın Amerika ilə mübahisələri olsa da, Kuba böhranı zamanı Nikita Xruşova və ya Əfqanıstan münaqişəsi zamanı Leonid Brejnevə qarşı heç vaxt şəxsi sanksiyalar olmayıb. Bunun əvəzinə liderlər böhranları aradan qaldırmağa imkan verən əlaqələri davam etdiriblər.
Adəm Abbaslı
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
Digər12:20Hindistanda An-32 hərbi təyyarəsi qəzaya uğradı - SSRİ istehsalı imiş
-
MDB11:23Məşhur rus alim Ermənistanın hava limanında saxlanıldı
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
Maraq dünyası10:187 il xərçəngdən müalicə alan kişi sən demə xəstə deyilmiş - VİDEO
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı
-
ABŞ08:30Pentaqon UNO materiallarını yayımladı - Üçüncü dəfə
-
Elm və təhsil08:15"Son zəng" çalınır




































