Dünya
Türkiyədə uçuşlar dayandırıldı: Naməlum obyektə görə
Türkiyənin Qaziantep hava limanında naməlum obyektə görə uçuşlar dayandırılıb.
Publika.az xəbər verir ki, bu barədə T24 qəzeti məlumat yayıb.
Pilotlar saat 22:00-da təxminən 10.000 fut yüksəklikdə naməlum obyekt görüb və bu barədə hava nəqliyyatı dispetçerlərinə məlumat veriblər. Obyekt radarda görünməyib.
Bununla əlaqədar olaraq təyyarələrin qalxması və enişi müvəqqəti olaraq dayandırılıb. Ehtimal olunur ki, naməlum obyekt dron ola bilərdi.
Obyektin xarakteri müəyyən edildikdən və hava məkanının təhlükəsiz olması təsdiq edildikdən sonra uçuşlar bərpa olunacaq.
Adəm Abbaslı
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
Digər12:20An-32 qəzaya uğradı, 5 hərbçi öldü - SSRİ istehsalı imiş
-
MDB11:23Məşhur rus alim Ermənistanın hava limanında saxlanıldı
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı
-
ABŞ08:30Pentaqon UNO materiallarını yayımladı - Üçüncü dəfə
-
Elm və təhsil08:15"Son zəng" çalınır
-
Nəqliyyat06:46Bakının parkinq böhranı necə həll oluna bilər? - Video





































