Dünya
Zelenski Trampın 500 milyard dollarlıq xərac tələbini rədd etdi: Bayden bunu...
Ukrayna prezidenti Zelenski amerikalı həmkarı Trampın ölkəsinin verdiyi yardım müqabilində Ukraynanın mədən gəlirlərinin təhvil verilməsinə dair razılaşma çərçivəsində tələb etdiyi 500 milyard dolları ödəməkdən imtina edib.
Publika.az xəbər verir ki, Zelenski ABŞ-ın keçmiş prezidenti Co Baydenlə Ukraynaya edilən yardımın qrant olması barədə razılığa gəldiyini iddia edib. Zelenski belə deyib:
“ABŞ-dan gələn 500 milyard dollarlıq yardımı tanımaq niyyətində deyiləm. Kiminsə xoşuna gəlsə də, bəyənməsə də, 100 milyard dolları belə tanımıram. Biz prezident Baydenlə razılaşdıq ki, bu qrantdır. Qrant öhdəlik deyil. Qrantları geri qaytarmayacağıq”.
Ukrayna lideri əlavə edib ki, o, ukraynalıların 10 nəsil üçün ödəməli olacağı xəraca imza atmayacaq.
Əvvəllər bildirilirdi ki, Ukrayna ABŞ tərəfindən verilən yardımın qaytarılmasını təmin edəcək kompensasiya fondu yaratmaqdan imtina edib. ABŞ prezidenti Donald Tramp Ukraynaya maliyyə və hərbi yardım müqabilində nadir yeraltı sərvətlərlə bağlı Kiyevdən zəmanət gözlədiyini bildirib.
Aysel Şahmar
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video
-
İdman16:46Dünya İranın santimetrlik ofsaydından danışır - FOTO
-
Nida Təhlil 16:25Sinan Yıldız: Azərbaycan Ordusu bütün Türk dünyasının haqlı qürur mənbəyidir
-
Nida Xəbər 15:43Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı
-
Ekologiya15:32Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?


























.jpg)








