Dünya
Fransadan Əlcəzairə şok tələb: Müdaxilə etməyə hazırlaşırlar
Əlcəzair Fransa hökumətinə 1968-ci il İmtiyazlı İmmiqrasiya Müqaviləsinə müdaxilə etməmək barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanat Fransanın baş naziri Fransua Bayrunun dünən ölkəsinin Əlcəzair vətəndaşlarına xüsusi status verən 1968-ci il müqaviləsi ilə bağlı fikirlərindən sora verilib. Bayru müqaviləyə yenidən baxılması barədə düşünməli olduğunu və bunun üçün 1-6 həftə arasında vaxt verməyin lazım olduğunu bildirib.
Əlcəzair XİN Bayrunun bu tələbi rədd edib: "1968-ci il İmtiyazlı Miqrasiya Müqaviləsinə hər hansı müdaxilə Əlcəzairin eyni xarakterli digər razılaşma və protokollarla bağlı oxşar qərarına səbəb olacaq. Əlcəzair ultimatumlar, müddət tələbləri və təhdidlərlə üzləşməkdən qəti şəkildə imtina edir".
Qeyd edək ki, Əlcəzair və Fransanın 1968-ci ildə imzaladığı saziş Əlcəzair vətəndaşlarının Fransaya gəliş-gedişi, işləməsi və yaşaması üçün şərtləri tənzimləyir.
Roza
-
Magazin120:48"O qədər xəyanət etmişəm ki..." - VİDEO
-
Dünya20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
-
Art19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin216:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər
-
Region13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü


































