Dünya
Çin bu ölkəni təhdid etdi: Gec-tez sizi almağa gələcəyik
Çin və Tayvan arasında illərdir davam edən gərginlik yenidən artıb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian açıqlama verib.
O, Tayvanın "Han Kuang 41" hərbi təlimlərinin bu il uzadılması və ABŞ-ın təklifi ilə 3000 ehtiyat əsgərin səfərbər edilməsi ilə bağlı sualı cavablandırıb.
Vu Tayvan məsələsinin Çinin "daxili işi" olduğunu və xaricdən müdaxiləni qəbul etməyəcəklərini vurğulayıb:
"Demokratik Tərəqqi Partiyasının səlahiyyətliləri ABŞ-ın müstəqillik üçün dəstəyini ala biləcəkləri və güc yolu ilə birləşməyə müqavimət göstərə biləcəkləri illüziyasına sahibdirlər. Gec-tez sizi almağa gələcəyik".
Vu ABŞ-ın Çini mühasirəyə almaq üçün Tayvanı istifadə etməyə çalışdığını və Tayvan hakimiyyətinin "müstəqillik" yolunda riskli təxribatlara göz yumduğunu deyib. O, bunun Tayvanın məhvinə aparacığını qeyd edib.
Tayvan səlahiyyətliləri buna reaksiya verərək, Çin ordusunun dünən heç bir xəbərdarlıq etmədən adanın sahillərində həqiqi sursatdan istifadə edərək hərbi təlimə başladığını bildirib. Nazirliyin açıqlamasında sözügedən hərəkətin təxribat olduğu və bunun beynəlxalq uçuşları riskə atdığı vurğulanıb.
Roza
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
Digər12:20An-32 qəzaya uğradı, 5 hərbçi öldü - SSRİ istehsalı imiş
-
MDB11:23Məşhur rus alim Ermənistanın hava limanında saxlanıldı
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı
-
ABŞ08:30Pentaqon UNO materiallarını yayımladı - Üçüncü dəfə
-
Elm və təhsil08:15"Son zəng" çalınır
-
Nəqliyyat06:46Bakının parkinq böhranı necə həll oluna bilər? - Video





































