Dünya
Trüdo yeni anti-Rusiya sanksiyalarını AÇIQLADI
Kanadanın Baş naziri Castin Trüdo Rusiya Federasiyasından 10 fiziki şəxs və 21 şirkətə qarşı Rusiya əleyhinə sanksiyaların tətbiq edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, press-reliz onun rəsmi saytında dərc olunub.
Sənədin mətnində qeyd olunur ki, Kanadanın baş naziri bu tədbirləri Londonda Ukraynaya təhlükəsizlik və dəstək üzrə Avropa sammiti zamanı bəyan edib. Yeni sanksiyalar hərbiləşdirilmiş təşkilatlar və onların rəhbərlərinə də şamil edilir.
Qeyd olunub ki, onlara qarşı sanksiyalar Rusiyanın Ukraynada siyasi və hərbi məqsədlərinə çatmaq üçün üçüncü tərəf şirkətləri ilə əməkdaşlığının qarşısını almaq məqsədi daşıyır.
Ümumilikdə, Kanadanın Rusiya əleyhinə tədbirləri Rusiya Federasiyası ilə əlaqəli 3000-dən çox şəxsə və təşkilata təsir edib. Ölkə öz tərəfdaşları ilə birlikdə Moskvaya iqtisadi təzyiqləri artırmaq niyyətindədir.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək
-
MDB13:08Ukrayna ABŞ-a səfir tapa bilmir: Zelenski iki namizəd arasında qalıb
-
ABŞ10:14Melaniya Ağ Evdə yaşamırmış: Trampla onun arasında nə baş verib?
-
MDB09:32Rusiyada gecə kabusu: 400-dən çox PUA... - 16 region hədəfdə
-
Dünya08:00Bu ölkədə kütləvi adam oğurluğu - 47 ölü, 50-dən çox girov var
-
İdman07:47Sabiq hücumçu həbs edilə bilər


































.jpg)
.jpg)

.jpg)