Tramp diplomatik missiyalarını bağlamağı planlaşdırır
Bizi izləyin

Dünya

Tramp diplomatik missiyalarını bağlamağı planlaşdırır

Tramp diplomatik missiyalarını bağlamağı planlaşdırır

ABŞ rəsmiləri prezident Donald Tramp administrasiyasının Birləşmiş Ştatların xaricdəki bir neçə diplomatik missiyasını bağlamağı planlaşdırdığını iddia edib.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

İddialara görə, Tramp administrasiyası yay aylarına qədər əsasən Avropadakı onlarla konsulluğu, eləcə də bir çox nümayəndəliyi bağlamağı planlaşdırır.

Qeyd olunub ki, bu vəziyyət missiyalarda çalışan bir çox yerli işçilərin də ixtisar ediləcəyi anlamına gəlir. Adının açıqlanmasını istəməyən səlahiyyətlilər ABŞ dövlət katibi Marko Rubionun ötən ay missiyalara göndərdiyi qeyddə personal sayının “minimum”da saxlanılmasını istədiyini bildiriblər.

Rəsmilər bunun ABŞ-ın kəşfiyyat imkanlarını sarsıda və əməkdaşlıq imkanlarına mane ola biləcəyini deyirlər. Qeyd olunur ki, diplomatik nümayəndəliklərlə bağlı planlar Dövlət Departamentinin əməliyyat büdcəsini təxminən 20 faiz azaltmaq siyasətini ehtiva edir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm